İRAN QARIŞDI, QANLI GÖRÜNTÜLƏR GƏLİR... - ÖLÜ VƏ YARALILAR VAR

BİRxeber.az / İranda yenidən etiraz aksiyaları başlayıb. Bu dəfə Fars əyalətinə bağlı Kazerun şəhərinin əhalisi küçələrə axışıb.

Şəhərin iki hissəyə bölünməsinə etiraz edən vətəndaşlar yerli polis idarəsinin binasını yandırıblar.

Polislə toqquşmalar zamanı ən azı üç nəfər həlak olub, xeyli sayda yaralı var.

Ölü və yaralıların qanlı fotolarını sosial şəbəkələrdə paylaşan etirazçılar polisin gerçək mərmilərdən atəş açdığını bildiriblər.

Qeyd edək ki, ötən ilin sonlarında da İranda işsizlik və bahalaşma ilə bağlı etiraz aksiyaları keçirilmişdi. Ölkənin iri şəhərlərinə yayılna aksiyalarda 20 nəfər həlak olmuşdu.

 

Rəylər

Bağla(X)