KRİPTOVALYUTA BAZARINDA SON YAŞANANLAR

Banco.az / Kriptovalyuta bazarı ötən ilin sonund rekorda imza atmış, lakin bu ilin ilk rübündə ciddi enişlə üzləşmişdi.

Ötən ilki ciddi yüksəliş bəzi ölkələrdəki hökumətlərin diqqətini cəlb etmişdi və onlar həmin bazara tənzimləmələr gətirmək istəyirdilər. Ancaq bazarın hüquqi vəziyyəti hələ də tam olaraq müəyyənləşdirilməyib.

Məqalədə kriptovalyutaların 2018-ci ilin ilk rübündə hansı nəticələrə səbəb olduğunu göstərəcəyik.

1. Kriptovalyuta bazarı eniş yaşadı

Ötən ilin sonlarında 20 min dollara yüksələn Bitcoin bu ilin ilk rübündə 51%-ədək endi. Azalma təkcə qiymətdə deyil, əməliyyat sayında və birja həcmində də özünü göstərdi.

Bazardakı əksər altcoin Bitcoin-in dəyər itirməsindən ciddi təsirləndi. Bəzi araşdırmalara görə, Bitcoin və altcoinlər arasında korrelyasiya əmsalı 0,7 ilə 0,9 arasında dəyişirdi. Kriptovalyuta bazarının ümumi dəyəri 350 milyard dollar dəyər itirdi.

Bununla belə, insanların bazara münasibəti o qədər də mənfi deyildi. Araşdırmaya görə, investorların 79%-i yaşanan enişin qısa müddətli olacağına inanır.

2. Bazar canlanır

2017-ci ilin sonunda “CBOE” və “CME” kimi şirkətlər Bitcoin-də gələcəyə əsaslanan ticarət təklifi etməyə başladılar və 2018-ci ilin əvvəlinə qədər bu əməliyyatların həcmində ciddi artım baş verdi. Vaxt keçdikcə paradoksal hadisə yaşandı: qısa mövqelərin sayı uzun mövqeləri keçdi.

I rübün sonunda təxminən beş min qısa və üç min uzun mövqe vardı.

San-Fransisko Federal Ehtiyatlar Bankının araşdırmaçılarına görə, eni bir investisiya imkanı Bitcoin spot bazarına tələbatın azalmasına və bununla da qiymətlərin enməsinə səbəb oldu.

3. Mədənçilər uzun müddətli əməliyyatları seçirlər

Bitcoin mədənçiləri bazardakı enişlərdən çox da zərər çəkmədi.

Bitcoin şəbəkəsini təhlükəsiz vəziyyətə gətirmək üçün xərclənən əməliyyat gücünə hash nisbəti deyilir. Bu nisbət normal olaraq Bitcoin-in bazar həcmi ilə uyğunlaşır. 2017-ci ilin sonunda həm bazar həcmində, həm də hash nisbətində artım baş verdi. Ancaq 2018-ci ilin ilk rübündə vəziyyət dəyişdi, bazarda enişlər yaşandığı halda, hash nisbətində 47% artım qeydə alındı.

Mədənçilərin uzun müddətli düşünməyi sevdiklərini qeyd etmək gərəkdir.

4. Vergi problemi

Kriptovalyuta sektorundakı investorların əksər hissəsi vergi mövzusunda ciddi narahatlıq keçirirdi. Bazarın 2017-ci ildə qlobal çapda təxminən 70 milyard dollarlıq vergi gəliri yaratdığını düşünsək, investorların həyəcanlanması başadüşüləndir.

“CoinDesk”-in apardığı sorğuda iştirak edənlərin 32%-i kriptovalyuta vasitəsilə əldə etdikləri gəlirlərə görə vergi ödənilməsini anlamadıqlarını bildirib. ABŞ vətəndaşı olmayan respondentlərin 62%-i də eyni fikirdə olublar.

ABŞ vətəndaşlarının 82%-nin, olmayanların isə 62%-nin kriptovalyuta vergilərinə yaxşı baxmamaları müəyyənləşib. Bəs, ortada niyə 20%-lik fərq var? Bəzi fikirlərə görə, ABŞ vətəndaşlarının bu mövzuda daha çox çətinlik çəkmələrinin səbəbi Blockchain texnologiyasından daha az istifadə etməsidir.

5. ICO-larda böyümə davam edir

ICO-ların bazarda baş verən enişdən böyük zərbə aldıqlarını söyləmək yanlış olar. Çünki ICO bazarında bu ilin ilk rübündə 6,3 milyard dollarında pul toplanılıb.

Həmin pulların 25%-ini “Telegram” ICO-su təşkil edir. Ondan sonra “Dragon” tərəfindən təşkil edilən və 320 milyon dollar dəyərində pul yığan ICO gəlir.

ICO-larda 2017-ci illə 2018-ci il arasında ciddi fərqlər müşahidə olunub. ICO-ların 2017-ci lin sonunda 16 milyon, 2018-ci ilin əvvəlində isə 31 milyon dollar topladığını görürük.

6. Əməliyyat xərcləri enir

Bitcoin şəbəkəsindəki əməliyyat ödənişləri 2017-ci ilin sonuna qədər həqiqətən çox ağır səviyyələrə çatmışdı və təxminən 40 dollar ətrafında bir əməliyyat haqqı olduğu günlər olurdu. Ancaq bu ilin əvvəlində əməliyyat xərclərinin miqdarı hər əməliyyata görə 9.49 dollaradək azaldı.

Yüksək əməliyyat xərcləri insanları kriptovalyutalardan uzaqlaşdıra bilər, ancaq xərclərin azaldılmasına baxmayaraq, əməliyyatların sayının azalması təəccüblüdür. Əməliyyat xərcləri bir nöqtədə tələbi əks etdirdiyindən, ötən ilin sonunda bu sahədə artım qeydə alınmışdı.

Əməliyyat haqlarının azaldılmasının müxtəlif yolları var (Lightning Network kimi).

“CoinDesk”-in sorğusunda iştirak edənlərin 78%-i “Lightning Network”-ün Bitcoin üçün lazımi bir yenilik olduğunubildiriblər. Respondentlərin 21%-i isə bu tətbiqdən istifadə etməyin Bitcoin-i daha mərkəzi formaya gətirəcəyini iddia edir.

Rəylər

Bağla(X)