BÜTÜN DÜNYA İYUNUN 12-Nİ GÖZLƏYİR - HƏLƏ DƏ BİLİNMİR...

BİRxeber.az / "Biz hələ bir şey görməmişik, eşitməmişik. Bizə hansısa açıqlama verilməyib. Nə olacağını görəcəyik..."

Bu sözləri ABŞ prezidenti Donald Tramp iyunun 12-də Şimali Koreya lideri Kim Çen Inla planlaşdırılan tarixi görüşün təxirə salınması ilə bağlı açıqlamasında deyib.

O, Ağ Evdə özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə görüşdən öncə jurnalistlərin suallarını cavablandırıb. 

Qeyd edək ki, Şimali Koreya hökuməti ABŞ və Cənubi Koreyanın birgə həyata keçirdiyi "Max Thunder" adlı hərbi təlimləri təxribat adlandırıb. 

Kim Çen Inla cənublu həmkarı Mun Ce-in arasında ötən ay baş tutan tarixi görüşün davamı hesab edilən və bu gün sərhəd ərazidə yerləşən Panmunjon kəndində planlaşdırılan hökumətlərarası görüş ləğv edilib. 

Şimali Koreyanın rəsmi xəbər agnetliyi KCNA-nın yaydığı məlumatda qeyd edilib ki, Cənubi Koreyada keçirlən və Şimali Koreyanı hədəf alan birgə hərbi təlimlər Koreya yarımadasındakı normallaşan siyasi münasibətlərə qarşı təxribatdır.

Şimali Koreya 12 iyunda Sinqapurda Kim Çen Inla ABŞ prezidenti Donald Tramp arasında baş tutacaq zirvə görüşünün də təxriə salına biləcəyi haqda xəbərdarlıq edib.

Rəylər

Bağla(X)