BAKI SAKİNLƏRİ, QİQQƏT! - VACİB XƏBƏR

BİRxeber.az / Bakıda 3 avtomobil yolunda hərəkət məhdudlaşdırılır.

Bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb. Bildirilib ki, Binəqədi rayonu, Balaxanı-Xırdalan, Novxanı-Binəqədi, həmçinin Qaradağ rayonu, Lökbatan-Qobu-Hökməli avtomobil yollarında üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılır. Bu məqsədlə sözügedən yollar boyu axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, sözügedən avtomobil yolu ilə hərəkətdə olarkən isə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Rəylər

Bağla(X)