DÜNYA BU XƏBƏRLƏ ÇALXALANIR... - AZ ÖNCƏ ELAN ETDİLƏR

Bizimyol.info / ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşünün tarixini və yerini açıqlayıb.

“Kim Çen Inla çoxdan gözlənilən görüşümüz iyunun 12-də Sinqapurda baş tutacaq. Biz hər ikimiz çalışacağıq ki, bu görüş bütün dünyada sülh üçün önəmli hadisə olsun”,- deyə ABŞ rəhbəri öz Twitter hesabında yazıb.

2018-ci il aprel ayının sonlarında “The Washington Post” qəzeti yazmışdı ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Maykl Pompeo və Kim Çen In gizli şəkildə görüşüblər. Bildirilirdi ki, həmin görüşdə Tramp və In arasında mümkün görüşün detalları müzakirə edilib. Sonradan görüş barədə informasiya Tramp tərəfindən təsdiqlənmişdi. 

Rəylər

Bağla(X)