Azərbaycan ATV-nin canlı yayımındakı biabırçı səhvdən danışır... - VİDEO

Virtualaz.org / Bu gün ATV telekanalının "ATV Səhər" proqramının aparıcısı birbaşa efirdə "Gün gələcək, Azərbaycan ərazilərini işğal edəcəyik" arzusunu dilə gətirib.

Proqramın aparıcısı Lalə Azərtaş faşizm üzərində qələbə günü olan 9 may - Qələbə gününü nəzərdə tutaraq (sifətində gülüş və müvafiq əl-qol jestləri ilə) belə deyib: "Azərbaycana hər zaman qələbə yaraşır. Gün gələcək, biz torpaqlarımızı işğal edəcəyik və həmin 20 faizi də... ondan sonra əsl qələbə gününü bayram edəcəyik..."

Bu məqamda birbaşa efirdə səs bir neçə saniyəlik kəsilib, daha sonra aparıcı əvvəl buraxdığı kobud səhvə görə heç bir düzəliş etmədən Albert Eynşteynin şəxsi əşyalarının satışa çıxarılması barədə süjetin təqdimatına keçib. Və bu zaman gülməkdən özünü saxlaya bilməyib, proqramın digər aparıcısı Azər Axşam da gülməkdə ona qoşulub.

Həmin dəqiqələrin videoyazısını oxuculara şərhsiz təqdim edirik:

Rəylər

Bağla(X)