Manatla verilən kreditlər haqda - VACİB XƏBƏR

BİRxeber.az / Azərbaycanda manatla ayrılan banklararası kreditlər üzrə orta faiz dərəcəsi mart ayında daha 1,61 faiz bəndi artaraq aprelin 1-nə illik 12,39% təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatında məlumat verilib.

Hesabata əsasən, xarici valyutada kreditlərdə isə orta faiz dərəcəsi 6,84%-dən 5,09%-ə enib.

Qeyd edək ki, ilin əvvəlində manatda banklararası kreditlər üzrə orta faiz 11,80%, xarici valyutada isə 4,93% təşkil edib. 

Rəylər

Bağla(X)