Bu nazirlər istefa verdi - Mətbuat xidməti açıqlama yaydı

AzVision.az / Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimindən sonra Rusiya Nazirlər Kabineti istefa verib.

Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı məlumata görə, baş nazir Dmitriy Medvedev yeni seçilmiş prezident qarşısında hökümətin buraxılması ilə bağlı sərəncam imzalayıb. Məlumatda bildirilir ki, bu gün Rusiya hökuməti tam tərkibdə istefaya gedib.

Qeyd edək ki, dördüncü dəfə Rusiya prezidenti seçilən Vladimir Putinin inauqurasiyası keçirilib. Andiçmə mərasimi 5 min qonağın iştirakı ilə Böyük Kreml sarayında baş tutub. Putin Rusiya Konstitusiyasına əl basaraq and içib. Dövlət himni səsləndikdən sonra prezident vətəndaşlara müraciət edib. 

Rəylər

Bağla(X)