"Başı xarabdır, nə edək?" - Anasından Tacirlə bağlı iddialara cavab

Axşam.az / Müğənni Tacir Şahmalıoğlu “5/5” verilişinin qonağı olub.

Sənətçi dayısı Nürəddin Əliyevin onunla bağlı şikayətlərinə cavab verib:

“Hamıya əl tutmaq olmur. Nəsildə imkanı olmayana kömək etmişəm. Dayımım 85 yaşı var, yəqin yaşla əlaqədardır. Studiyaya bacım, qardaşım, anam gəlsə haqlıdır. Dayımın övladı rəhmətə gedəndə gedə bilmədim. Yas vaxtı Moskvada olmuşam”.

Aparıcı Zaur Kamal daha sonra müğənninin anası Südabə xanıma zəng vurub. O, qardaşının oğlu ilə bağlı səsləndirdiyi iradlara münasibət bildirib:

“Başı xarabdır, nə edək? Yas vaxtında Rusiyada olublar. Tacir qohum-əqrabaya hörmət edib, əl tutub. Tacir kimi övlad hələ yer üzünə gəlməyib. Qardaşım yanıma gəlmir, ona görə də belə edib. Gəlsəydi, ona yol göstərərdim. 25 ildir görmürəm onu. Bir dəfə oğlumun yasına gəlib. O məndən 3 yaş balacadır. Tacirin atası öldü, heç onun yasına da gəlmədi. Aramızda ağır söhbət olub. Ona görə də yanıma gəlmir”.

Qeyd edək ki, T.Şahmalıoğlunun dayısı onu yalançı adlandırıb. N.Əliyev deyib ki, tacir heç vaxt dayısına kömək etmir:

Rəylər

Bağla(X)