Tünzalə ƏSƏBLƏŞDİ - "Özünə sayqısı olsun"

Axşam.az / Əməkdar artist Tünzalə Ağayeva son günlər həmkarlarının onunla bağlı dediklərinə münasibət bildirib.

“ATV maqazin onlarla”da müğənnilər Natavan Həbibi və Xatun Əliyeva Ağayevanın eşq yaşadığını demişdi.

T.Ağayeva Xatuna cavab vermək istəməyib:

"Sağlam həmkardan danışaq. Hər kəsin dediyi sözlərə cavab vermirəm".
 
Natavanın “Havada eşq qoxusu var” sözlərinə isə müğənni belə reaksiya verib:

“Natavanı necə çox istədiyimi özü də bilir. Qadını gözəlləşdirən təkcə paltarlar, mahnılar, yeyib-içmək yox, həm də eşqdir. Eşq çox gözəl şeydir”.

Tünzalə Samir Piriyevin onun Bodrumdakı evini göstərməsinə isə “Samir, gələcəm ora. Bunları sadə qəhvə masasında danışarıq” sözləri ilə cavabını verib.

Haqqında çox danışlıdığını deyən müğənni digər həmkarlarına da səslənib:

“Mənim adım məşhur addır. Kimsə mənim adımdan piar kimi istifadə edirsə etsin. Heç olmasa özünə sayqısı olsun”.

Rəylər

Bağla(X)