"O, bizi xilas etdi, amma mən onu yox... " - FOTO

 

Moderator.az / İki yaşlı uşaq yanğın zamanı anasını və bacısını xilas edərək, özü həlak oldu. Hadisə ABŞ-da baş verib. Bu haqda xarici mediada məlumat paylaşılıb.

Bildirilir ki, iki yaşlı Demetrius evlərində baş verən yanğın zamanı qışqıraraq anasını yuxudan oyadıb. 26 yaşlı qadın Uitni Conson yuxudan oyanaraq beş həftəlik qızını və oğlunu götürərək evdən çıxmaq istəyib. Qapını açarla açmaq istəyən qadın iki yaşlı oğlunu əlindən buraxıb və evə tüstü dolduğundan oğlunu tapa bilməyib.

Qızıyla birlikdə xilas olan qadının iki yaşlı qəhrəman oğlu həlak olub. Onu əllərindən buraxdığı üçün səhv etdiyini deyən ana indiyə kimi özünü bağışlaya bilmir. Övladını itirən qadın olanları belə nəql edib:

"Mənim iki yaşlı oğlum Demtrius qəhrəmandır. O, anasını və bacısını yanğından xilas edərək, özü həlak oldu. Bizi yuxudan oyatmasaydı, indi hər üçümüz ölmüşdük. Oğlum əlimdən buraxılıb öz otağına qaçdı. Mən qızımı qonşulara verib yenidən geri qayıtdım ki, oğlumu ordan çıxarım. Demetrius qışqıraraq məni çağırırıdı. Amma evə tüstü dolduğundan otağa girə bilmədim".

"O, bizi xilas etdi, amma mən onu yox... "- Yanğın zamanı həlak olan iki yaşlı oğlanın anası - FOTOLAR
"O, bizi xilas etdi, amma mən onu yox... "- Yanğın zamanı həlak olan iki yaşlı oğlanın anası - FOTOLAR

Rəylər

Bağla(X)