Turist kababxanada 7 min dollar "çay pulu" qoydu

İstipress /  İsveçrədə işsiz rusun bir anlıq səhvi ona baha başa gəlib.

Sürix yaxınlığındakı kababxanalaradan birinə gedən işsiz rusiyalı qadın 7400 dollar "çay pulu" verib. Olesiya adlı 37 yaşlı qadın Fransada yaşayır. İsveçrəyə səfəri zamanı nahar etmək üçün Ditikon şəhərində kababxanaya getməyə qərar verib. Ödəniş zamanı isə o "çay pulu"nu nəqədər qoymağı qeyd etmək əvəzinə kartının pin kodunu yazıb.

Nəticədə o 24 frank əvəzinə 7700 frank ödəniş edib. Hesabından külli miqdrada pul çıxıldığını isə o ay sonunda gələn hesabat sayəsində öyrənib.Qadın dərhal polisə müraciət edib. Ancaq yoxlama zamanı cinayət tərkibli heç bir əməl aşkar edilməyib və ona kömək edilməyib. Olesiya dərhal kababxana rəhbəri ilə əlaqə saxlamağa cəhd edib. Amma buna da nail ola bilməyib.

Belə ki, restoran sahibi Türkiyəyə köçüb. Amma onun qardaşı turistə dəyən ziyanı ödəyəcəkləri barədə söz verib.

Rəylər

Bağla(X)