Facebook virtual eynəkləri artıq satışda - FOTO

“Facebook” şirkəti tərəfindən hazırlanmış “Oculus Go” virtual reallıq eynəyi artıq satışa çıxarılıb.

Publika.az xəbər verir ki, bu barədə mətbuata sosial şəbəkənin sahibi Mark Zukerberq San-Xosedə keçirilmiş “F8” konfransında çıxış edərkən məlumat verib. O bildirib ki, "Oculus Go" eynəkləri may ayının 1-dən etibarən rəsmi şəkildə sifarişə açıqdır:

""Oculus Go" başqa qurğuların qoşulmasını tələb etməyən ilk virtual reallıq eynəyi hesab olunur. Eynəyin xüsusiyyətlərindən biri fərdi kompüter və ya naqillərdən istifadə etmədən virtual reallıqdan istifadə etmək imkanın olmasıdır".

Zukerberq çıxışı zamanı onu da əlavə edib ki, “Facebook” şəbəkəsinin ümumi formatı yaxın gələcəkdə tamamilə dəyişiləcək. Gələcəkdə “Facebook” virtual reallıq texnologiyalarında yeni səviyyəyə qaldırılacaq.

Rəylər

Bağla(X)