Erməni əsgər hərbi polis tərəfindən həbs olundu

Ordu.az / Qarabağda yerləşən qanunsuz hərbi hissələrin birində qulluq edən, erməni əsgər təhqirlərə dözməyərək hərbi hissəni tərk edib. 

İşğal altında olan ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində xidmət edən, Armavir vilayətindən hərbi xidmətə çağrılan Davit Aleksanyan Qarabağdan olan əsgərlər tərəfindən məruz qaldığı təhqirlərə dözməyərək hərbi hissəni tərk edib. 

Qısa müddət sonra tutulan D. Aleksanyan insidentin səbəblərinin araşdırılması məqsədilə hərbi polisə aparılıb. Erməni hərbçi tez-tez belə təhqirlərə düçar olduğu üçün qaçdığını bildirib.

Faktla bağlı araşdırma davam edir.

Rəylər

Bağla(X)