Ürək dağlayan görüntü - Yeni doğulan uşağı zibilliyə ATDILAR

Milli.az / İstanbulun Esenler rayonunda zibil yığan təmizlik işçiləri küçənin girəcəyində yığılan zibillərin arasına atılan çantada yeni doğulmuş körpə tapıblar.

Səhiyyə işçiləri tərəfindən müayinədən keçirilən və qız olduğu məlum olan körpə aidiyyətı qurumlara təhvil verilib.

Uşağı tapan Esenler Bələdiyəsinin təmizlik işçisi İslam Özkaya: "Səhər 06:30 radələrində zibilləri yığmağa çıxdıq. Küçəyə daxil olanda bir çanta olduğunu gördüm. Yanına yaxınlaşanda körpə səsi eşitdim.

Diqqətli şəkildə çantanın ağzını açdığımda bir uşağın olduğunu gördüm. Üşüməməyi üçün gödəkçəmi çıxarıb, körpəni bürüdük. Polisə və təcili yardıma xəbər verdik. Səlahiyyətli qurumlara təhvil verdik. Əgər ağlamasaydı, bəlkə də götürüb, zibilliyə atacaqdıq".

Rəylər

Bağla(X)