Məşhurlarımızın intriqaları və ya “Ufak Tefek Cinayetler” – FOTO

Oxu.az / “Ufak Tefek Cinayetler” serialına baxmısınız, baxmasanız belə, ən azı bir anonsunu görmüsünüz.

Serialda obrazların çəkişmələri, lüks həyatı, intriqaları, qurduğu oyunlar o qədər qarışıq olur ki, bizim şou-biznes yada düşür.

Bəs sözügedən serialda türk aktyorları yox, bizim bir-biri ilə intriqada olan məşhurlarımız çəkilsəydi, necə olardı?

Oxu.Az bir az görünüş, bir az da həyatdakı xüsusiyyəti baxımından bir-birinə bənzəyən “Ufak Tefek Cinayetler” serialının obrazları və yerli məşhurlarımızı bir araya gətirib.

Baxaq görək, kim hansı obraza çəkilə bilərdi...

Aygün Kazımova – Oya Toksöz

Şou-biznesimizin yaradıcılarından olan Aygün Kazımova sakit və sülhsevər addımları ilə ancaq Oya ola bilər. Düzdür, o da az aşın duzu deyil, lakin susub birdən partlayanlardandır. 

Brilliant Dadaşova – Pelin

Brilliant Dadaşova içində böyük bir “Pelin” obrazını yetişdirib. Bu obraz üçün ən uğurlu seçim Dadaşova ola bilər. Məlum – serialda Oyanı da sevmir.

Faiq Ağayev – Edip

Faiq Ağayev həm görüntü olaraq, həm də xüsusiyyət baxımından tipik Edipdir. Sakit, savadlı, ağıllı və uzaqgörən. Oyanı da çox sevir. Arada kiçik küsülülüklər olsa da, Oyanı hər zaman dəstəkləyir.

Elnarə Xəlilova – Arzu

Arzunu görəndə ağlımıza şou-biznesdən yalnız bir ad gələ bilər – Elnarə. Arzunun Elnarə kimi dörd övladı olmasa da, ana obrazı olaraq iksi də eynidir – həyat yoldaşına bağlı, övladlarına sevgi göstərən və ailəni hər şeydən üstün tutan. Onları yeganə fərqləndirən geyim tərzləridir.

Murad Arif – Taylan

Pelinin “Taytay”ına ən uyğun görüntü Murad Arifdədir. Baxmayaraq ki, Murad özünü xeyli arıqladıb. Hə, bir də Muradı Taylandan fərqləndirən xüsusiyyət hər zaman işində-gücündə olmasıdır.

Zamiq Hüseynov – Mehmet

Bahalı kostyumlar, saatlar, paltolar Mehmeti Zamiq Hüseynov edir. Saç və saqqal rənglərində bir az fərqlilik olsa da, deyəsən, onları birləşdirən həm də “şorgöz” olmalarıdır.

Nura Suri – Burcu

Nura Suri Burcu kimi pis insan olmasa da, ambisiyaları, hədəfləri uğrunda savaşan və sonunaqədər gedən biri olması onları birləşdirir. 

Mehriban Zəki – Məktəb direktoru

Təmkinlə danışan, gözəlliyi və üzündəki nuru ilə seçilən məktəb direktoru obrazını Mehriban Zəki ustalıqla canlandırardı.

Günay İbrahimli – Nilay

Günay İbrahimli, əslində, bir çox obraz üçün uyğun olsa da, hərdən çılğın hərəkətləri və yayı çəkib oxu hədəfə vurması Nilay obrazını xatırladır. 

Almaz Ələsgərova – Vəkil qadın

Almaz Ələsgərova görüntü baxımından vəkilə çox bənzəyir, amma onun xüsusiyyətində belə doyumsuzluq və sözü sərt söyləmək kimi oxşarlıq varmı, onu bilmirik.

Flora Kərimova – Tomris 

İlhamə Quliyeva sağ olsaydı, Tomris üçün ən uyğun obraz olardı. Lakin bu aralar Kərimovanın Quliyeva ilə eyni xüsusiyyətləri və hərəkətləri təkrarlaması onu real namizəd edir. 

Xəyyam Nisanov – Serhan Aksak

Tərzi, görüntüsü, sakitliyi və ətrafa enerji saçması Nisanovu Serhan Aksak edir. 

Röya Ayxan – Merve Aksak

İntiriqa, oyunlar, dominant olmağa iddia, düşmənlərini əzmək və kraliçalıq istəyi... 

Qarşımızda Röya Ayxan. Merve kimi “frambuazlı cheescake” bişirə bilməsə də, insanları ələ almağı və “bişirməyi” yaxşı bilir. Standart Merve Aksak taktikası...

BONUS:

Edip və Merve

Taylan və Pelin

Edip və Oya

Taylan və Edip

Rəylər

Bağla(X)