Klaar: Seçkilərdən sonra Bakı ilə tam şəkildə əlaqə qurmağı səbirsizliklə gözləyirik

Klaar: Seçkilərdən sonra Bakı ilə tam şəkildə əlaqə qurmağı səbirsizliklə gözləyirik

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Ermənistana səfəri başa çatıb.

“Report” xəbər verir ki, bu barədə Aİ-nin nümayəndəsi sosial şəbəkədə bildirib.

“Aİ-nin Ermənistan – Azərbaycan hərtərəfli sülh nizamlanmasına dəstəyini davam etdirdiyini vurğuladım. Bakı və İrəvan arasında məzmunlu ikitərəfli təmaslardan ruhlanır və seçkilərdən sonra Azərbaycan tərəfi ilə də tam şəkildə yenidən əlaqə qurmağı səbirsizliklə gözləyirik”, – o qeyd edib.

Xatırladaq ki, ötən gün Klaar Ermənistanın Baş naziri Nikol Paşinyanın müavini Mher Qriqoryanla Azərbaycanla sülh prosesini müzakirə edib.