“Facebook” istifadəçilərinin NƏZƏRİNƏ - Bunlar qadağandır

Yenicag.az / “Facebook” istifadəçiləri tez-tez hesablarının aktivlik imkanlarının məhdudlaşdırılmasından şikayətlənir.

Ən çox istifadəçiyə sahib olan populyar sosial şəbəkənin müəyyən istifadə qaydaları var. Bu qaydalardan hansısa biri pozulduqda sizə xəbərdarlıq gələ və ya hesabınız silinə bilər:

– Sosial şəbəkədə hədə-qorxu, zorakılıq, özünəqəsd və ya özünə əzabvermə ehtiva edən paylaşımlar qadağandır. “Facebook” etiraf edir ki, bəzən təhdid mətnləri zarafat məqsədilə və ya önəmli bir mövzunun diqqətə çatdırılması üçün istifadə olunur. Bu halda administratorlar paylaşımın kontekstini, həqiqətə uyğunluğunu yoxlayır;

– İftira, təhqir, təqib və məsxərəyə qoyma tam qadağandır. Diskriminasiya məzmunlu mətnlərə o halda icazə verilir ki, şəxs bunu özünə münasibətdə etsin;

– Çılpaq uşaqların təsvirləri tam qadağandır. “Bizə məlumdur ki, bəzən insanlar xoş niyyətlə öz uşaqlarının lüt fotolarını paylaşırlar. Lakin biz bu cür fotolardan sui-istifadə hallarına yol verməmək üçün onları silirik”, – deyə qaydalarda qeyd olunur;

– Böyüklərin çılpaq fotolarını dərc etmək də olmaz, çünki bu, bəzi istifadəçilərin hisslərini alçalda bilər. Lakin lüt insan bədəninin əks olunduğu sənət nümunələrini, ananın öz körpəsinə süd verməsi və digər bu tipli paylaşımlar olar;

– İstifadəçilər öz adları ilə qeydiyyatdan keçməli və düzgün informasiyalar təqdim etməlidir. Yalan məlumatlar qadağandır. (Bu, ən çox pozulan qaydalardan biridir.

Rəylər

Bağla(X)