“Mercedes” 25 minə yaxın avtomobilini geri çağırdı

BİRxeber.az / “Mercedes-Benz” şirkəti Rusiyada 25 minə yaxın avtomobilini geri çağırıb.

Qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.

Məlumatda qeyd olunur ki, təhlükəsizlik yastıqları bəzi hallarda heç bir səbəb olmadan işə düşə bilər.

Qeyd edək ki, geri çağırılma 2014-2017-ci illərdə Rusiyada satılmış A, B, C, eləcə də CLA, GLA, GLC modellərinə şamil olunur.

Şirkətdən bildirilib ki, bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.

Rəylər

Bağla(X)