Bakıda evi "plan"a düşənlərə VACİB XƏBƏR VAR - Bahalaşacaq...

Metbuat.az / Hazırda mənzil bazarındakı qiymətlərdə sabitlik müşahidə edilsə də, ekspertlər yaxın müddət ərazində qiymət artımının yaşanacağını bildirirlər.

Daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimov bildirib ki, ilin əvvəlli ilə müqayisədə hazırda mənzil bazarındakı aktivlik zəifləyib:

“Mart ayına nisbətən artım var. Qiymətlərdə də mart ayının yekunları ilə müqayisədə 1%-dan çox azalmalar müşahidə edilir. Amma ilin sonuna olan proqnozları demək çətindir. Bu, bankların kreditlə təmin etməsindən asılıdır. Banklar bazarı kreditlə təmin etsə, aktivlik ilin sonuna kimi yəqin ki, artacaq. Yox, kredit portfelinin ağzını bağlasalar, bazardakı aktivlik aşağı olaraq qalacaq. Amma ümumən qiymətlərin az da olsa artımı qaçılmaz olacaq”.

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı isə qeyd edib ki, hazırda mənzil bazarında qiymət baxımından ciddi dəyişiklik müşahidə olunmur:

“Mənzillərin qiyməti ilə bağlı proqnozlar vermək bazara bir qədər mənfi təsir göstərir. Bazarda qiymət almasının olacağını deyəndə, alıcı kütləsi bazardan çıxaraq gözləmə mövqeyinə keçir. Yaxud, qiymət artımı ilə bağlı proqnoz verdiyimiz zaman spekulyativ amillər hiss olunur. Ona görə, proqnoz verməyin əleyhinəyəm. Amma bir məsələni xüsusi qeyd etmək istəyirəm ki, son dövrlər maliyyə bazarları, xüsusilə manatın dollara nisbətdə dəyər itirəcəyi ilə bağlı informasiyalar bazarlarda vəziyyəti müəyyən qədər mənfiyə doğru dəyişib. Hesab edirəm ki, istər maliyyə, istərsə də daşınmaz əmlak bazarları ilə bağlı bu cür proqnozlar mənfi təsirləri ilə yadda qalır. Bu cür proqnozlar verməyin əleyhinəyəm”.

Rəylər

Bağla(X)