22 Iyul, Bazar ertəsi  
Azərbaycanda bu pendir və şorun satışı qadağan edildi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən qida təhlükəsizliyi üzrə mövcud normativ hüquqi aktların, sanitar-gigiyena, baytarlıq və fitosanitar tələblərin təmin edilməsi istiqamətində tədbirlərini davam etdirir.


19:52 - 13 Sentyabr 2018
İqtisadiyyat

Milli.az / Agentlikdən verilən məlumata görə, mütəxəssislər tərəfindən həyata keçirilən qida təhlükəsizliyi üzrə yoxlama tədbirləri çərçivəsində "BMS Aqro" MMC tərəfindən istehsal olunmuş və satış şəbəkələrində "Ketchi" əmtəə nişanı altında satılan "Qarabağ motal pendiri" və şor məhsulundan müayinələr üçün nümunələr götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Aparılan müayinələr nəticəsində həmin məhsullarda bakterioloji çirklənmə faktı aşkar olunub.

Qeyd olunanları nəzərə alaraq, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən "BMS Aqro" MMC-yə "Ketchi" əmtəə nişanı altında satılan "Qarabağ motal pendiri" və şor məhsulunun ticarət şəbəkələrindən yığışdırılması, istehsalının dayandırılması ilə bağlı xəbərdarlıq edilib.

Qida Təhlükəsizliyi Agentliyi bir daha bəyan edir ki, sanitar-gigiyenik tələblərə cavab verməyən və insan sağlamlığına ciddi təsir göstərə biləcək bu cür məhsulların istehsalı və satışı ilə məşğul olan sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyin tələbləri çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək.

Oxunub: 602
etiketlər: Azərbaycandabu pendirvə şorunsatışıqadağanedildi

Bu Xəbəri Bəyəndiniz?
4
5
4
4
5
Toplam səs
22
Bu bölməyə aid xəbərlər
Ən çox oxunan xəbərlər
loading...
Son xeberler, xeberler, sonxeber, sonxeberaz, enson xeber, en son xeber, Azerbaycan xeberleri, Azərbaycan və dünyada baş verən ən son xəbərlər, Böyük Azərbaycan, en son xeberler, Azerbaycan xeberleri, son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər

son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler

son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler