27 Iyun, Cümə axşamı  
DİQQƏT: BAKIDA BU YOLLAR BAĞLANACAQ
Sentyabrın 15-də bəzi yollar bağlanacaq. Bunu açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib.


12:22 - 13 Sentyabr 2018
Sosial

Oxu.az / Onun sözlərinə görə, yolların bağlanmasının səbəbi paytaxtda keçiriləcək hərbi paraddır: 

“Paytaxtın Azadlıq meydanından başlayaraq, Neftçilər prospektində hərbi paradın keçirilməsi ilə əlaqədar olaraq qeyd edilən ərazi üzrə kəsişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək. 

Keçiriləcək hərbi paradda iştirakçıların təhlükəsizliyini təmin etmək üçün Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl qəsəbəsindən və 20-ci sahə dairəsindən Bayraq meydanı kimi tanınan ərazidən Yusif Səfərov və Afiyyətin Cəlilov küçəsinin kəsişməsinə qədər, həmçinin Azadlıq prospektinin 28 May küçəsi, Səməd Vurğun, Zərifə Əliyeva küçələrinin kəsişməsi üzrə istiqamət dəyişdirilir”.

Vaqif Əsədov qeyd edib ki, tədbirin yüksək səviyyədə keçirilməsi üçün hər kəs yaradılmış şərait üzrə hərəkət etməlidir:

“Tədbir tam başa çatanadək bu istiqamətlər üzrə hərəkət edən sürücülər avtomobillərlə hərəkət mümkünsüzlüyünü nəzərə alıb, alternativ yollarla hərəkət etməlidirlər”.

Oxunub: 222
etiketlər: BakıdaBu yollarBağlanacaqYPX

Bu Xəbəri Bəyəndiniz?
4
2
3
2
2
Toplam səs
13
Bu bölməyə aid xəbərlər
Ən çox oxunan xəbərlər
loading...
Son xeberler, xeberler, sonxeber, sonxeberaz, enson xeber, en son xeber, Azerbaycan xeberleri, Azərbaycan və dünyada baş verən ən son xəbərlər, Böyük Azərbaycan, en son xeberler, Azerbaycan xeberleri, son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər

son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler

son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler