26 Avqust, Bazar ertəsi  
Bakıda dilənçi lal əkiz bacıların başına gələnlər...
Yuxarı məhəllədə əkiz bacılar vardı. Hər ikisi lal idi. Uzun müddətiydi ki, evlərinin qabağında bardaş qurub dilənməklə məşğuluydular.


00:04 - 10 Sentyabr 2018
Mədəniyyət

Orxan İsmayıl

Bunun hesabına yaşayırdılar. Evləri də balacaydı, at tövləsini xatırladırdı. Bacılar qırmızısifət, uzunboylu, qüsursuz qamətli idilər. Onlara təkcə pul vermirdilər, kimi çörək alırdı, kimi bişmiş gətirirdi, kimi də geyinmədiyi pal-paltarını sədəqə kimi verirdi. Güman ki, bacıların kimsələri yoxuydu. Pulu alanda maraqlı əl hərəkətləri ilə təşəkkürlərini bildirərdilər. İkisi də gülüb qəpikləri doldururdu yaxasına. Çox vaxt qucaqlaşıb oturardılar. Onların bir-birinə olan sevgisi fərqliydi, danışmaqla, sözlə inandırmaqla tamamlanmamışdı. Daha aliydi, daha mürəkkəbiydi. Evlərində olanlar deyirdilər ki, çarpayılarını birləşdirib bir yerdə yatırlar. Hələ verilən sədəqəni alıb az-çox çıxan qırıq-qırıq səsləriylə tanrıya dua etmələri başqa müdhiş mənzərəydi.

Son vaxtlar bacıların biri vaxtının çoxunu evində keçirirdi. Sən demə, xəstəymiş. Bütün öhdəlik digər bacıya keçmişdi. Həm mümkün qədər çox dilənməli, həm də xəstə bacısına baxmalıydı. Daha nə əvvəlki kimi gülürdü, nə də üzünün qızartısı həminki deyildi. Qonşular tez-tez üstünə həkim çağırırdılar. Sağalmırdı ki, sağalmırdı. Axırda onu məcburən xəstəxanaya apardılar. Sağlam olan bacı yanından ayrılmazdı. İndi onun həyatda qalmaq üçün yeganə fəaliyyəti və öhdəliyi olan dilənməyə çox az vaxtı qalmışdı. Bu öhdəlik xarakterini dəyişmişdi. Bacısından ayrılmaq istəmirdi. Əlinə nə keçirdisə, hövlank aparırdı xəstəxanaya. Danışırdılar ki, yuxu yatmır, gecələr də dilənib pul toplayır.

Səd-əfsus, həkimlər xəstə qızı sağalda bilmədilər. Təxminən bir ay sonra xəstəxanada öldü. Meyiti basdırmaq üçün özləri yer tapdılar. Əkiz tayı onu tək qoyub getdiyinə görə dilənçi qız elə hey ağlayıb-zarıyırdı. Əvvəlki ikiadamlıq bədəninin, ruhunun tək qaldığıyla razılaşa bilmirdi. Amma neyləyəsən, yenə dilənməliydi, yenə qəpik-quruş müqabilində kimlərəsə işlək olmayan diliylə dua etməliydi. Gözlərini qıyıb təşəkkürünü əsirgəməməliydi. Bu solmuş, qırışmış bənizin bir də nə vaxtsa güləcəyinə kimsə inanmazdı. Onun çırağını naməlum nöqtədən biryolluq söndürmüşdülər. Təkadamlıq, bezdirici həyatında özünü yad hiss edirdi. Əmin idi ki, bundan sonra onu başa düşən başqa bir bəndə olmayacaqdı. Amma dilənməyin daşını ata bilməzdi...

Oxunub: 344
etiketlər: BakıLal bacılarDİlənçiQılzar

Bu Xəbəri Bəyəndiniz?
2
2
2
3
4
Toplam səs
13
Bu bölməyə aid xəbərlər
Ən çox oxunan xəbərlər
loading...
Son xeberler, xeberler, sonxeber, sonxeberaz, enson xeber, en son xeber, Azerbaycan xeberleri, Azərbaycan və dünyada baş verən ən son xəbərlər, Böyük Azərbaycan, en son xeberler, Azerbaycan xeberleri, son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər

son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler

son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler