26 Avqust, Bazar ertəsi  
AZƏRBAYCANLI İDMANÇI FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
Sambo üzrə Azərbaycan millisinin üzvü Kərimov Yusif Arif oğlu Gürcüstanda faciəvi şəkildə ölüb.


22:15 - 09 Sentyabr 2018
İdman

Oxu.az / Sambo üzrə Azərbaycan millisinin üzvü Kərimov Yusif Arif oğlu (52 kq) Gürcüstanda faciəvi şəkildə ölüb.

İdmançı sərxoş sürücü tərəfindən vurulub.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Oxu.Az-a bildirib ki, samboçular Tbilisidə II Avropa oyunlarına D kateqoriyalı lisenziya xarakterli yarışa yollanıblar:

“Yığma komandanının 13 üzvü çəki mərasimindən çıxıb. Bizim və digər idmançılar səkinin üzərində dayanıblar. Bu zaman sərxoş sürücü idmançı Kərimov Yusif Arif oğlunu (23.03.1984) vurub. Aldığı ağır zərbədən idmançımız yerindəcə dünyasını dəyişib”.

Səmayə Məmmədova qeyd edib ki, artıq idmançının cəsədi Azərbaycana gətirilib:

“Gürcüstan polisi hadisə ilə bağlı araşdırma aparıb. Gənclər və İdman Nazirliyi, Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov, Azərbaycanın Gürcüstandakı səfirliyi vasitəsilə danışıqlar keçirilib və idmançımızın cəsədi dünən gecə gətirilib”.

Oxunub: 506
etiketlər: AzərbaycanlıİdmançıTblisidəFaciəvi şəkildəÖldü

Bu Xəbəri Bəyəndiniz?
2
2
3
2
4
Toplam səs
13
Bu bölməyə aid xəbərlər
Ən çox oxunan xəbərlər
loading...
Son xeberler, xeberler, sonxeber, sonxeberaz, enson xeber, en son xeber, Azerbaycan xeberleri, Azərbaycan və dünyada baş verən ən son xəbərlər, Böyük Azərbaycan, en son xeberler, Azerbaycan xeberleri, son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər

son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler

son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler