24 Iyul, Çerşənbə  
Əliyevlə Paşinyanın ilk rəsmi görüşü oldu
Vyanada Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş başlayıb.


17:42 - 29 Mart 2019
Siyasət

Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara həsr olunmuş görüşdə Azərbaycan və Ermənistan XİN rəhbərləri, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri iştirak edirlər.

“Bristol” otelində baş tutan görüşün təqribən 2 saat davam edəcəyi gözlənilir.

 

Qeyd edək ki, İlham Əliyevlə Nikol Paşinyan arasında üç dəfə qeyri-rəsmi görüş olub. Bunlardan biri Moskvada, digəri Düşənbədə keçirilən MDB ölkələri başçılarının sammiti çərçivəsində, sonuncusu isə İsveçrədəki Davos forumu zamanı baş tutub.

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində görüşdən fotolar paylaşaraq bildirib ki, Azərbaycan münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktına və beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə mövcud format əsasında həllini dəstəkləyir.

***

Azərbaycan Prezidentinin Ermənistan baş naziri ilə geniş tərkibdə görüşü bitdi. Liderlər təkbətək görüşə başladılar.

***

İlham Əliyevin Paşinyanla təkbətək görüşü təxminən 2 saat davam edib.

Minsk qrupu həmsədrləri, XİN rəhbərləri və ATƏT sədrinin xüsusi nümayəndəsi Ancey Kasprşikin iştirakı ilə yenidən geniş tərkibdə görüş başladı.

\"\"
\"\"

 
Oxunub: 132
etiketlər:

Bu Xəbəri Bəyəndiniz?
1
2
0
0
0
Toplam səs
3
Bu bölməyə aid xəbərlər
Ən çox oxunan xəbərlər
loading...
Son xeberler, xeberler, sonxeber, sonxeberaz, enson xeber, en son xeber, Azerbaycan xeberleri, Azərbaycan və dünyada baş verən ən son xəbərlər, Böyük Azərbaycan, en son xeberler, Azerbaycan xeberleri, son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər

son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler

son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler