18 Oktyabr, Cümə  
"Şərurlu İsfəndiyar"dan aprel ŞƏHİDİNƏ HÖRMƏTSİZLİK- Mülkünü əlindən aldı
Ali Baş Komandan, prezident İlham Əliyevin verdiyi son sərəncamlardan biri də məhkəmə-hüquq sistemində islahatlar aparılması ilə bağlıdır.


13:26 - 29 Mart 2019
Sosial
Hamı bilir ki, məhkəmələrimiz rüşvət yuvasıdır, hətta həbsxanadan əhvə düşən adamlardan da pul alıb, sonra adlarını siyahıya yazırlar. Bunu vicdanı olmayan bəzi hakimlər və vicdanını itirən bəzi ədliyyə məmurları edirlər. 
 
Bu gün də Ali Məhkməyə Kassasiya şikayəti verən, aprel şəhidimiz polkovnik-leytenant Sənan Axundovun ailəsinə qarşı qanunsuz qərar çıxarılıb. Qanunsuz qərarın çıxarılmasına isə \"Şərurlu İsfəndiyar\" sifariş verib. 
 
Belə ki, bir neçə il bundan əvvəl Sənan Axundov sağlığında Kamran MMC-nin tikdiyi binadan 50 kvadratmetr yer götürüb, sonra Kamran MMC-nin işçiləri haqqında fırıldaq etdiklərinə görə cinayət işi başlanılıb, və binanın 11 mərətəbsini Şərurlu İsfəndiyar alıb. Və əlavə 5 mərtəbə tikib. Sakinlərlə şərti belə olub ki, binadakı mənzillər üçün yenidən onun istədiyi qiymət ödənilməlidir. Sənan Axundov sağ olanda öz hüququnu qoruyub və məhkəmələrin birində qanuni qərar çıxarılıb ki, binadakı 50 kvadratmetirlik yerin sahibi onun özüdür. Şərurlu İsfəndiyar isə dayanmayıb... 
 
Sənan şəhid olandan sonra ailəni məhkəməyə verib və məhkəmə prosesini qazanıb. Yeni tərkibli hakimlər belə qərar çılxarıblar ki, iddiaçı ailənin əlindəki sənədləri Kamran MMC verdiyinə görə saxta sayılır. Lakin eyni sənədlərlə binada öz haqqını tələb edib, mənzilinə sahib olan bir -iki nəfər vardır. Həm də ki, bina sakinlərinin hamısı Kamran MMC dən aldıqları sənədləri, Şərurulu İsfəndiyarın şirkətinin verdiyi sənədlərlə əvəzləyiblər. Şəhid Sənan Axundovun ailəsi bir neçə dəfə binadakı özlərinə aid olan yerdə təmir-bərpa işləri aparıblar. İsfəndiyarın qoçuları isə bu otaqları vurub -uçurublar. Hətta əri ölən qadının düşdüyü hal da onları pis niyyətlərindən, bəd əməllərindən çəkindrməyib.
 Bu günə qədər aparılan müxtəlif məhkəmə çəkişmələrinin sonunda, Ali Məhkəmə yenidən \"Şərurlu İsfəndiyarın\" xətri inciməsin deyə, onun xeyrinə qərar çıxardaraq, şəhid ailəsinin adına olan 50 kvadratmetirlik yeri əllərindən aldı. Cənab Ali Məhkəmə sədri, Ramiz Rzayev axı siz o şəhidin xanımını dinləmişdiniz, bilirdiniz ki, 50 kvadratmetirlik sahə bütün qanunla-qaydayla şəhid ailəsinindir. Budurmu sizin ədalətiniz? 
Budurmu məhkəmə islahatlarına gedən proseslərin ilk işartısı? Canını vətən yolunda qurban verən şəhidin 2 yetiminə düşən 50 kvadratmetirlik sahəsini necə yeyəcəksiniz? Bəlkə unutmusunuz ki, Qarabağ uğrunda döyüşə gedən insanlar övladlarını, ailələrini dövlətə, konstitusiyaya və qanuna həvalə edib gedirlər. Siz də onlar döyüşdüyünə görə isti kreslolarınızda rahat oturub bəzən qanunsuz qərarlara imza atırsınız.
Oxunub: 268
etiketlər:

Bu Xəbəri Bəyəndiniz?
0
0
0
0
2
Toplam səs
2
Bu bölməyə aid xəbərlər
Ən çox oxunan xəbərlər
loading...
Son xeberler, xeberler, sonxeber, sonxeberaz, enson xeber, en son xeber, Azerbaycan xeberleri, Azərbaycan və dünyada baş verən ən son xəbərlər, Böyük Azərbaycan, en son xeberler, Azerbaycan xeberleri, son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər

son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler

son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler