24 Iyul, Çerşənbə  
Sənə məktub yazıram
Tanınmış yazıçı Aqşin Yeniseyin ən çox sevilən şeiri.


21:01 - 01 Mart 2019
Mədəniyyət

Sənə məktub yazıram, 
Yazıram ki, bağışla... 
Burda hava pis keçir, 
Ara vermir yağışlar.

Tək yatıb tək durmaqdan 
Bezdirmişəm otağı. 
Bilirsən... pinti olur 
Yalqızların yatağı.

Yalqızlar az yuyunur, 
Gəlir yalqızlardan iy. 
Çayları soyuq olur, 
Yeməkləri alaçiy.

Çirkli ayaqqabılar... 
Dibi yanmış qazança... 
Bir qırıq da ümid var, 
... Qayıdacaq haçansa...

Yalqız sabaha baxmır, 
Arzulayır keçmişi. 
Çox miskin mənzərədir 
Ev yığışdıran kişi.

Hələ bunun gecələr 
Içib ağlamağı var. 
Saçın daramamağı, 
Saqqal saxlamağı var.

Üstə gəl pəncərədən 
Gözünü yola dikmək, 
Gəlməyini gözləmək, 
Qadın həsrəti çəkmək.

Dərd ağır, hava da pis, 
Ara vermir yağışlar. 
Sənə məktub yazıram, 
Yazıram ki, bağışla...

Oxunub: 179
etiketlər: Tanınmış yazıçı Aqşin Yeniseyin ən çox sevilən şeiri.

Bu Xəbəri Bəyəndiniz?
1
0
1
0
0
Toplam səs
2
Bu bölməyə aid xəbərlər
Ən çox oxunan xəbərlər
loading...
Son xeberler, xeberler, sonxeber, sonxeberaz, enson xeber, en son xeber, Azerbaycan xeberleri, Azərbaycan və dünyada baş verən ən son xəbərlər, Böyük Azərbaycan, en son xeberler, Azerbaycan xeberleri, son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər

son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler

son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler