18 Oktyabr, Cümə  
O, 40 yaşında ana oldu, öldü...
Bakıya təzə köçdüyüm vaxtlar Qəmər adlı qonşum vardı. Dil-ədəbiyyat müəllimiydi. Yaxınlıqdakı məktəbdə işləyirdi. Günort


02:22 - 08 Sentyabr 2018
Mədəniyyət

Bakıya təzə köçdüyüm vaxtlar Qəmər adlı qonşum vardı. Dil-ədəbiyyat müəllimiydi. Yaxınlıqdakı məktəbdə işləyirdi. Günortadan sonra isə 7-8 məktəbli onun evinə hazırlıq keçməkçün gəlirdi. Qəmər o qadınlardandı ki, güləndə də, ağlayanda da, bəzənəndə də, uzaqdan baxanda da eyni yaşda görünürdü. 40 yaş! Qırmızı kirəmitli evində, bir neçə meyvə ağaclarıyla, çiçəklərlə rəngi-ruyu dəyişmiş həyətində tək yaşayırdı.

Heç vaxt ərdə olmamışdı. Məlum ki, uşaqları da yox idi. Bu ağbəniz, irigözlü, çiyinləri və ayaqları ecaskar simmetriya yaradan qadının niyə ərə getməməsi başqa əhvalatdır. Qəmər təkliyi ilə əylənə bilən adamlardan idi. Bu əyləncə isə şagirdlərlə yaxşı vaxt keçirmək, ağazlara, çiçəklərə qulluq etmək, oyuncaqlar almaqdan ibarət idi. Bəli, Qəmərin uşağı yoxuydu, amma evində olanlar deyirdilər ki, otaqlar başdan ayağa oyuncaqdır.

Bütün şagirdləri ondan gördükləri nəvaziş bolluğundan, ikinci ana rəftarından ağız dolusu danışardı. Qonum-qonşuyla da, xüsusən uşaqlarla isti münasibət saxlayardı. Qəmərin ana olmaq üçün bütün daxili keyfiyyətləri, xarici davranışları yerindəydi. Təkcə övladı yoxuydu.

Bir gün xəbər yayıldı ki, Qəmər özünə sevgili tapıb. Dərhal nişanlanıblar. Hamı sevindi. Qəmər də bu durumdan razı görünürdü. İndi daha çox gülürdü, daha çox analığa yaxındı. Tezliklə toyu oldu. Əri onun evinə köçdü. Mehriban, təmkinli yaşayırdılar. Əvvəlki kimi evdə uşaqları hazırlaşdırırdı. Aylar keçdikcə bətni böyüyürdü. Qəmər qız anası olacaqdı. Yerə-göyə sığmırdı. Evdə oyuncaqlarını ikiqat artırmışdı. Həyətdə zümzümələr edirdi.

Payızın ortalarıydı. Əri Qəməri doğum evinə apardı. Qonşular çıxıb arxalarınca su atdılar. 2 gün vəziyyətdən xəbər çıxmadı. Əri də evə gəlmirdi. Sonra bəd xəbər yağış olub hamımızın canını islatdı. Dizlərimiz büdrədi. Qəmər körpəsiylə birlikdə doğuş vaxtı ölmüşdü. Onun ən təbii arzusu böyük faciə gətirmişdi.

Əri tezliklə çıxıb getdi. Qəmərin evi uzun müddət boş qaldı. O da əksər insanlar kimi iki unudulmaz hadisəylə - doğulmaq və ölməklə yadda qaldı. 40 illik həyatə boyu nə etmişdisə, nə etməmişdisə, nə istəmişdisə, bundan sonra hər şey sona çatdı. Qəmər yox oldu.

Oxunub: 1207
etiketlər:

Bu Xəbəri Bəyəndiniz?
3
3
2
8
2
Toplam səs
18
Bu bölməyə aid xəbərlər
Ən çox oxunan xəbərlər
loading...
Son xeberler, xeberler, sonxeber, sonxeberaz, enson xeber, en son xeber, Azerbaycan xeberleri, Azərbaycan və dünyada baş verən ən son xəbərlər, Böyük Azərbaycan, en son xeberler, Azerbaycan xeberleri, son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər

son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler

son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler