24 Iyul, Çerşənbə  
Azərbaycanda yol qəzası: Tanınmış müğənnilər və aktyor öldü
Sənət aləminin bir çox tanınmış siması yol qəzası zamanı dünyasını dəyişib.


14:44 - 20 Sentyabr 2018
Şou-biznes

BİRxeber.az / Yol qəzasında ölən yerli məşhurların siyahısını təqdim edirik:

Müğənni Şəfa Hüseynova - 1975-ci ildə Qaraqoyunlu mahalının Qaraqaya kəndində anadan olub. 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində həlak olub. Şəfa "Geri dön" və "Sevgi qatarı" mahnıları ilə tanınıb.

Reper Hüseyn Dərya - 1975-ci il iyunun 29-da Bakının Bakıxanov qəsəbəsində anadan olub. 2014-cü il martın 14-də gecə saatlarında avtomobil qəzası keçirib. Martın 15-də səhər saatlarında 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Müğənni Rəcəb Musayev – Tamaşaçılar Rəcəbi "Yeni ulduz 2" müsabiqəsindən tanıyırdı. Yarışmanın qalibi olmuşdu. Mərhum müğənni 2011-ci il yanvarın 8-də yol qəzası keçirib. Ağır xəsarətlə 3 saylı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Müğənni Leyla – Leyla da tamaşaçılara "Yeni ulduz" müsabiqəsindən tanışdır. O, eyni zamanda, "Əziz müəllimim" adlı məşhur mahnını ifa edən sənətçilərdən biri olub. Uzun müddət Rusiyada yaşayan Leyla, Bakıya qayıtmış və sənəti ilə məşğul olmağa başlamışdı. Gecə saatlarında evinə gedərkən avtomobili ilə qəza keçirib, dünyasını dəyişib.

Aktyor Ramiz Əliyev – Hər kəs onu "Çal-çağır" verilişində "Böyük xanım" rolu ilə tanıyırdı. Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının aktyoru idi. 2003-cü il avqustun 17-də avtomobil qəzası zamanı dünyasını dəyişib.

Oxunub: 2143
etiketlər: Azərbaycanda yol qəzası: Tanınmış müğənnilər və aktyor öldü

Bu Xəbəri Bəyəndiniz?
4
2
3
2
3
Toplam səs
14
Bu bölməyə aid xəbərlər
Ən çox oxunan xəbərlər
loading...
Son xeberler, xeberler, sonxeber, sonxeberaz, enson xeber, en son xeber, Azerbaycan xeberleri, Azərbaycan və dünyada baş verən ən son xəbərlər, Böyük Azərbaycan, en son xeberler, Azerbaycan xeberleri, son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər

son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler

son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler