26 Avqust, Bazar ertəsi  
RUSİYADAN TƏHLÜKƏLİ ADDIM: TƏYYARƏLƏR VƏ GƏMİLƏR...
Aralıq dənizi üzərində hərbi təyyarəsi vurulan Rusiya təhlükəli həmlə edib.


13:07 - 20 Sentyabr 2018
Dünya

Publika.az / Cənubi Kipr mediasının yazdığına görə, Rusiya gözlənilmədən Aralıq dənizinin şərq sahillərini hava və dəniz marşrutu üçün bağlayıb.

İsrailin “Haaretz” qəzeti də ölkəsindən olan səlahiyyətlilərə istinadən xəbəri təsdiqləyib. Rusiyanın qəbul etdiyi qərar əsasən, bölgədə gələn həftədən etibarən heç bir təyyarə və gəmi hərəkət etməyəcək.

Qeyd edək ki, sentyabrın 17-dən 18-nə kecən gecə Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Hmeymim təyyarə bazasına qayıdan zaman radarlardan itib. Sonradan dəqiqləşdiriblər ki, “İl-20” Latakiya əyalətdə Suriya ordusunun obyektlərinə İsrailin 4 “F-16” təyyarəsinin hücumu gedişatında yoxa çıxıb.

Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə Suriyanın Hava Hücumundan Müdafiə sistemi tərəfindən vurulub. İdarədən bildiriblər ki, İsrail pilotları “İl-20”nin arxasında gizlədərək onu “S-200” kompleksinin atəşi altında qoyublar. Rusiyanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov İsrailin hərəkətlərini “düşmən hərəkətlər” kimi qiymətləndirib.

Təyyarənin vurulması nəticəsində Rusiyanın 15 hərbçisi ölüb.

Rusiya lideri Vladimir Putin Suriyadakı hərbi qüvvələrin təhlükəsizliyi üçün yeni tədbirlərin görüləcəyini açıqlayıb.

Oxunub: 546
etiketlər: RUSİYADAN TƏHLÜKƏLİ ADDIM: TƏYYARƏLƏR VƏ GƏMİLƏR...

Bu Xəbəri Bəyəndiniz?
1
1
0
0
1
Toplam səs
3
Bu bölməyə aid xəbərlər
Ən çox oxunan xəbərlər
loading...
Son xeberler, xeberler, sonxeber, sonxeberaz, enson xeber, en son xeber, Azerbaycan xeberleri, Azərbaycan və dünyada baş verən ən son xəbərlər, Böyük Azərbaycan, en son xeberler, Azerbaycan xeberleri, son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər

son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler

son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler