26 Avqust, Bazar ertəsi  
Bakıda müğənni Təranənin məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadınları Türkiyəyə apararaq fahişəliyə məcbur etməkdə təqdirləndirilən müğənni Təranə Muradovanın məhkəməsi başlayıb.


19:10 - 19 Sentyabr 2018
Sosial

Xalqxeber.az / Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadınları Türkiyəyə apararaq fahişəliyə məcbur etməkdə təqdirləndirilən müğənni Təranə Muradovanın məhkəməsi başlayıb. 

Hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib. 

Bəlli olub ki, T. Muradova istintaq zamanı həbs edilməyərək polisin nəzarətinə verilib. O isə istintaqdan yayındığı üçün axtarışa verilib. Daha sonra tutularaq həbs edilib. Hakim ondan istintaqdan qaçmasının səbəbini soruşub. Müğənni bunu yaxından tanımadığı bir qadının məsləhəti ilə etdiyini deyib: "Yaqut adlı xanım idi, dedi ki, məhkəməyə getmə, yaxın günlərdə "Stop"un qüvvədən düşəcək, sonra xaricə gedərsən". 

Daha sonra T. Muradovanın anket məlumatları dəqiqləşdirilib. 1981-ci il təvəllüdlü T. Muradovanın 4 qadını fahişəliyə cəlb etdiyi bildirilib. O isə yalnız birini tanıdığı deyib və əlavə edib ki, həmin qızla da administrator işlədiyi obyektdə tanış olub. 

Cinayəti işi məhkəmə baxışına qəbul edilib. Proses sentyabrın 26-da davam etdiriləcək. 

Qeyd edək ki, müğənniliklə məşğul olan Təranə Muradova bir neçə il əvvəl “Azəristar” mahnı yarışmasında iştirak etmiş Rüstəm Əlişanov və başqa bir qadınla birgə Cinayət Məcəlləsinin 144-1.2.1 və 144-2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən iki və ya daha çox şəxs barəsində insan alveri) maddəsi ilə təqsirləndirilib. Lakin o, çox keçmədən həbsxanadan çıxıb və köhnə peşəsini davam etdirib.

Oxunub: 411
etiketlər: BakıdamüğənniTəranəninməhkəməsibaşladı

Bu Xəbəri Bəyəndiniz?
0
0
0
2
1
Toplam səs
3
Bu bölməyə aid xəbərlər
Ən çox oxunan xəbərlər
loading...
Son xeberler, xeberler, sonxeber, sonxeberaz, enson xeber, en son xeber, Azerbaycan xeberleri, Azərbaycan və dünyada baş verən ən son xəbərlər, Böyük Azərbaycan, en son xeberler, Azerbaycan xeberleri, son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər

son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler

son xeberler, en son xeberler, son xeberler bugun, azerbaycanda ən son xəbərlər, son xəbər, En son xeber, Son xeberler, Azerbaycan xeberleri, Xeberler